Finlandiyada Ukrayna siyasətinə etiraz: Bu, milli fəlakətə aparır
Bizi izləyin

Dünya

Finlandiyada Ukrayna siyasətinə etiraz: Bu, milli fəlakətə aparır

Finlandiyada Ukrayna siyasətinə etiraz: Bu, milli fəlakətə aparır

Finlandiyanın "Azadlıq Alyansı" partiyasının üzvü Armando Mema ölkə rəhbərliyinin Ukrayna münaqişəsi ilə bağlı yürütdüyü xarici siyasəti kəskin tənqid edib. Siyasətçi rəsmi Helsinki tərəfindən atılan addımların ölkəni milli fəlakətə sürüklədiyini bildirib.

Publika.az xəbər verir ki, Mema prezident Aleksandr Stubbun Ukraynadakı müharibəni "mənim müharibəm" adlandırmasına xüsusi reaksiya verib.

Siyasətçi qeyd edib ki, Finlandiyanın Kiyevə hərbi dəstəyi və nüvə silahı ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər dövlət üçün "dağıdıcı nəticələr" verə bilər: "Prezidentin bu cür bəyanatları ölkənin hara getdiyini aydın göstərir. Nüvə silahı qanunvericiliyinin dəyişdirilməsi və Ukraynaya hərbi yardım fəlakətə gedən birbaşa yoldur".

Armando Mema Finlandiya hakimiyyətini təcili şəkildə Rusiya ilə münasibətlərdə neytrallıq siyasətinə qayıtmağa çağırıb.

Xatırladaq ki, Finlandiya prezidenti Aleksandr Stubb bir qədər əvvəl Ukraynanı NATO-da görmək istədiyini bəyan edib, Kiyevin döyüş təcrübəsinin digər ölkələr üçün önəmli olduğunu bildirib. O, həmçinin ABŞ-ın bu məsələdəki mövqeyinin dəyişəcəyinə ümid etdiyini qeyd edib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm