Dünya
"Oreshnik" raketinin analoqu bu ölkədə uğurla sınaqdan keçirildi
Hindistan fərdi hədəfləmə başlıqları texnologiyası (MIRV) ilə təchiz olunmuş modernləşdirilmiş "Agni" raketinin uçuş sınaqlarını uğurla həyata keçirib. Bu raket "Oreshnik" raketinin analoqu hesab olunur.
Publika.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.
Sınaqlar ölkənin şərqindəki Odişa ştatının sahillərində baş tutub. Raket Hind okeanı akvatoriyasında müxtəlif obyektlərə yönəldilmiş bir neçə döyüş bloku daşıyıb. Hindistanın hərbi idarəsindən qeyd edilib ki, MIRV texnologiyası bir raketə eyni vaxtda bir neçə döyüş başlığını müxtəlif hədəflərə çatdırmaq imkanı verir.
Nazirlik rəhbəri Racnat Sinqx ölkənin silahlı qüvvələrini sınaqların uğurla keçməsi münasibətilə təbrik edib.
Ötən il Hindistan ilk dəfə olaraq mobil dəmir yolu qurğusundan "Agni-Prime" orta mənzilli ballistik raketini buraxmışdı. Ölkənin Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, yeni nəsil raket 2000 kilometrə qədər məsafədəki hədəfləri vurmaq üçün nəzərdə tutulub və müxtəlif qabaqcıl funksiyalarla təchiz edilib.
Nazirlikdən bunun mükəmməl bir çəkindirici faktor ola biləcəyi vurğulanıb.
Hüseyn İbadlı
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək






















.jpg)








