Dünya
Pakistandan üzücü xəbər - Üç polis əməkdaşı həlak oldu
Pakistanın Xayber-Paxtunxva əyalətində polis məntəqəsinin yaxınlığında baş verən bomba hücumunda azı üç hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.
Publika.az "Reuters"ə istinadla xəbər verir ki, hadisə ölkənin şimal-qərbindəki Bannu şəhərinin kənarında baş verib.
Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, partlayışdan sonra yaraqlılar hadisə yerində xidmət edən polis əməkdaşlarına atəş açıblar. Daha sonra onlar hadisə yerinə əlavə qüvvə kimi göndərilən təhlükəsizlik qüvvələrinə pusqu qurublar.
Polis rəsmisi hücum zamanı 15 zabitin xidmətdə olduğunu bildirib. İlkin məlumatlara görə, onların əksəriyyəti həlak olmuş ola bilər. Məlumata görə, obyektin özünə ciddi ziyan dəyib. Polis mənbələrinin məlumatına görə, hücum edənlər həmçinin dronlardan da istifadə ediblər. Ərazidə əməliyyat davam edir, ona görə ölənlərin sayı hələ də dəqiq deyil.
Hadisə yerinə təcili yardım maşınları göndərilib. Bannu şəhərindəki dövlət xəstəxanalarında fövqəladə vəziyyət elan edilib. Hücuma görə məsuliyyəti İttihad əl-Mücahidin qruplaşması öz üzərinə götürüb.
-
MDB16:00Rusiya Ermənistanın qazını kəsdi? - Nazir "denonsasiya məktubu almışıq" deyir
-
Digər15:16Polis məktəblini içirdib təcavüz etmək istədi - İlginc cinayətin detalları
-
MDB14:53Putin Babayana heyran oldu
-
ABŞ14:353 qadının meyidi tapıldı - Bütün ölkə manyakı axtarır
-
Magazin214:16Reha Muhtar xəstəxanaya yerləşdirildi
-
Sağlamlıq13:19Avqusta qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq
-
Region10:28Rusiya-Ermənistan münasibətlərində gərginlik - Səfir Moskvaya çağırıldı
-
Hadisə10:10Ağdərədə insana məxsus sümük qalıqları tapıldı - FOTO


















.jpg)














