Dünya
Bu planı Türkiyə pozub, Livana müdaxilənin qarşısını alıb: Suriyaya nə vəd edilibmiş?
ABŞ administrasiyasının Suriyanı “Hizbullah”a qarşı Livanda hərbi əməliyyata cəlb etmək üçün Dəməşqə genişmiqyaslı təklif irəli sürdüyü iddia olunur.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mediası suriyalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Suriyaya təxminən 120 min nəfərlik quru qoşunu ilə Livana daxil olaraq “Hizbullah”ı zərərsizləşdirməsi müqabilində Bəqaa vadisi, Bəəlbək, Sayda və digər bölgələr də daxil olmaqla Livan ərazisinin böyük hissəsinin veriləcəyi vəd edilib.
Plana əsasən, ABŞ və müttəfiqləri əməliyyata hava və dənizdən dəstək göstərməyə hazır olduqlarını bildiriblər.
Məlumata görə, Suriya prezidenti Əhməd əl-Şaraa bu təklifi qəbul etməyib. Bildirilib ki, o, İsrailin Colan təpələri və digər cənub ərazilərində işğalının davam etdiyi şəraitdə belə bir planın ciddi olmadığını və Suriyanın Livana müdaxilə etməyəcəyini açıqlayıb.
İddiaya görə, Türkiyə də prosesdə fəal rol oynayaraq Dəməşqi mümkün müdaxilənin riskləri barədə xəbərdar edib. Ankara hesab edir ki, Livanın parçalanması halında İsrail işğal etdiyi Litani çayına qədər olan əraziləri və Colan təpələrini öz torpağı elan edə bilər.
Qeyd olunub ki, Türkiyə həmçinin Suriyanın hazırda ölkədaxili təhlükəsizlik problemləri ilə üzləşdiyini, belə bir əməliyyatın isə həm Livanın, həm də Suriyanın sabitliyini daha da təhlükə altına sala biləcəyini vurğulayıb.
Müəllif: Roza
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı
-
İqtisadi gündəm09:25Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…
-
Magazin206:16"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO
-
Səhiyyə05:15Bu məhsul mədəaltı vəzi xərçəngi riskini artırır
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız





































