Dünya
ABŞ Avropanı bu tələyə sürükləyir – Rusiyadan xəbərdarlıq
ABŞ Avropanı dərin enerji və ərzaq böhranına sürükləyir.
Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT India”ya verdiyi müsahibədə bildirib.
“Müstəmləkəçiliyin doğulduğu yer kimi Avropa, şübhəsiz ki, artıq öz imkanlarını itirib. İndi bu imkanlar Avropanı həm enerji, həm də qida sahəsində dərin böhrana sürükləyən ABŞ tərəfindən tam şəkildə nümayiş etdirilir. Avropa, çox güman ki, Hörmüz boğazındakı böhrandan ən çox zərər çəkəcək. Rusiya qazı və neftinə qoyulan qadağa, ölçüyəgəlməz dərəcədə baha olan Amerika mayeləşdirilmiş təbii qazına keçid deməkdir”, - deyə Lavrov qeyd edib.
Lavrov qeyd edib ki, Avropa hökumətləri ucuz Rusiya karbohidrogenləri əvəzinə tamamilə fərqli mənbələrdən enerji aldıqları üçün Avropa üçün enerjinin nə qədər bahalaşdığına dair statistikaları parlamentlərinə təqdim etmələri maraqlı olar.
Müəllif: Tural
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı












.jpg)






.jpg)





.jpg)












