Dünya
Hazırlıqlar tamamlandı: Türkiyə və Ermənistan arasında...
Türkiyə və Ermənistan arasında ticarət əlaqələrinin başlanması üçün hazırlıqlar başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli açıqlama yayıb.
Onun sözlərinə görə, iki ölkə arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqlar 11 may tarixində başa çatıb.
“2022-ci ildən bəri davam edən Ermənistanla normallaşma prosesi çərçivəsində tədbirlər görülür. Həmçinin iki ölkə arasında ortaq sərhədin açılması istiqamətində texniki və bürokratik işlər davam edir. Yeni tənzimləmə sayəsində artıq Türkiyədən Ermənistana üçüncü ölkə vasitəsilə göndərilən malların və ya eyni marşrutla Türkiyəyə gələn malların son təyinat yerini "Ermənistan/Türkiyə" kimi qeyd etmək mümkündür", - deyə o qeyd edib.
Keçeli Cənubi Qafqazda davamlı sülh üçün tarixi fürsətin olduğunu və Türkiyənin bölgədəki bütün ölkələrin rifahı naminə iqtisadi münasibətlərin inkişafına töhfə verməyə davam edəcəyini bildirib.
Müəllif: Roza
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü
















.jpg)



.jpg)






.jpg)











