Trampın sözü ilə əməli uyğun gəlmir: Moskvadan ittiham
Bizi izləyin

Dünya

Trampın sözü ilə əməli uyğun gəlmir: Moskvadan ittiham

Trampın sözü ilə əməli uyğun gəlmir: Moskvadan ittiham

Tramp administrasiyası Ağ Evin keçmiş prezidenti Co Baydenin Moskvaya qarşı başlatdığı siyasəti davam etdirir.

Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT India”ya verdiyi müsahibədə bildirib.

O qeyd edib ki, Rusiya Trampın Kremllə başlatdığı dialoqa dəyər verir, amma əslində ölkələr arasında heç bir yaxınlaşma yoxdur. "Rusiya və ABŞ-ın qarşılıqlı faydalı, müasir, texnoloji, enerji və digər layihələr üçün nəhəng potensiala malik olduğu barədə çoxlu xoşməramlı sözlər deyilir. Amma əslində heç nə baş vermir", - deyə diplomatik şöbənin rəhbəri bildirib.

Lavrovun sözlərinə görə, Tramp Baydenlə eyni xətti davam etdirir, köhnə anti-Rusiya sanksiyalarını saxlayır və Moskvanı iqtisadi cəhətdən "cəzalandırmaq" üçün yeni təşəbbüslər irəli sürür.

Lavrov əvvəllər ABŞ-ı ikiüzlülü adlandırmışdı.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm