Sosial
Zibillikdə tapılan “Chevrolet”: Qanuni sahibini necə müəyyən etmək olar?
Ramana qəsəbəsinin “Şuşa şəhərciyi”ndəki zibillikdə “Chevrolet Cobalt” markalı maşının aşkarlanması sosial mediada müzakirə mövzusu olub.
Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, istifadəçilər çoxsaylı şərhlərində bir məsələni xüsusi qabardırlar: “Yəni maşından elə-belə imtina etmək mümkündür?”
Avtomobilin üzərində dövlət qeydiyyat nişanı yoxdur, şüşələrinin bir hissəsi isə sınıq vəziyyətdədir.
Yerli sakinlərin sözlərinə görə, nəqliyyat vasitəsi uzun müddətdir həmin ərazidədir. Avtomobilin kimə məxsus olduğu hələlik məlum deyil.
“Chevrolet”dən könüllü imtanın özü müəyyən suallar doğurur. Həmin avtomobillə qəza törədilməsi və məsuliyyətdən yayınmaq üçün sahibinin əmlakını gizlətməsi ehtimalı da ağıldan keçir.
“Yol kənarında, göldə, zibillikdə, ümumiyyətlə, sahibsiz şəkildə dövlət qeydiyyat nişanı olmayan avtomobil tapılarsa, avtomobilin ban (şassi) və mühərrik qapağının altında yerləşən mühərrik nömrəsi ilə sahibini tapmaq olar”.
Bu sözləri ehtiyatda olan polis polkovniki və “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bildirib.
Onun sözlərinə görə, toplanan məlumatlar Dövlət Yol Polisinə (DYP) göndərilir və bu nömrələr əsasında nəqliyyat vasitəsinin kimin adına qeydiyyatda olduğu, yəni qanuni sahibi müəyyən edilir:
“Avtomobilin sahibi aşkar olunduqdan sonra o, maşını sahibsiz buraxdığını, lazımsız əşya kimi kənara atdığını təsdiqləyərək ondan imtina edərsə, rəsmi qaydada ərizəsi alınır. Nəqliyyat vasitəsindən imtina ilə bağlı sənədləşmə işləri tam başa çatdıqdan sonra avtomobil utilizasiyaya verilir və dövlət tərəfindən vətəndaşa müəyyən miqdarda vəsait ödənilir”.
-
İdman06:46Doğma şəhərində Messinin nəhəng forması nümayiş olundu - VİDEO
-
Magazin106:16Lalə Məmmədovadan yeni klip
-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR













.jpg)




















.jpg)
