Əbdül Həlim və 17 yaşlı qızı öldürüldü
Bizi izləyin

Dünya

Əbdül Həlim və 17 yaşlı qızı öldürüldü

Əbdül Həlim və 17 yaşlı qızı öldürüldü

İsrailin Livanın şərqində yerləşən Baalbek yaxınlığına endirdiyi hava zərbəsi nəticəsində “Fələstin İslami Cihadı”nın komandiri Vail Əbdül Həlim və onun 17 yaşlı qızı həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, hücum yaşayış binasında yerləşən mənzili hədəf alıb. Hadisə yerində dağıntılar altında qalanların axtarışı davam etdirilir.

Qeyd edək ki, bu hücum aprelin 17-də qüvvəyə minən atəşkəs rejiminin növbəti pozuntusu hesab olunur.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm