İdman
Braziliyanın DÇ-2026 üçün heyəti açıqlandı - Neymar var?
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatında iştirak edəcək 26 nəfərlik yekun heyəti müəyyənləşdirib.
Publika.az xəbər verir ki, bu barədə yığmanın sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Neymar 2023-cü ildən sonra ilk dəfə milli komandaya çağırılıb. 34 yaşlı forvard üçün bu, karyerasında dördüncü dünya çempionatı olacaq.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Braziliya millisi C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə qarşılaşacaq.
Qapıçılar: Alisson Bekker (“Liverpul”), Ederson (“Fənərbağça”), Veverton (“Qremio”).
Müdafiəçilər: Aleks Sandro (“Flamenqo”), Bremer (“Yuventus”), Danilo (“Flamenqo”), Qabriel Maqalyaynş (“Arsenal”), Rocer İbanyez (“Əl-Əhli”), Leo Pereyra (“Flamenqo”), Markinyos (PSJ), Uesli (“Roma”), Duqlas Santos (“Zenit”).
Yarımmüdafiəçilər: Bruno Gimarayeş (“Nyukasl”), Kazemiro (“Mançester Yunayted”), Danilo Santos (“Botafoqo”), Fabinyo (“Əl-İttihad”), Lukas Paketa (“Flamenqo”).
Hücumçular: Endrik (“Lion”), Qabriel Martinelli (“Arsenal”), İqor Tiaqo (“Brentford”), Luis Enrike (“Zenit”), Mateus Kunya (“Mançester Yunayted”), Neymar (“Santos”), Rafinya (“Barselona”), Rayan (“Bornmut”), Vinisius Junior (“Real”).
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?























.webp)
.jpg)










