Dostluğumuz heç kimə qarşı deyil – Putin çinlilərə müraciət etdi
Bizi izləyin

Dünya

Dostluğumuz heç kimə qarşı deyil – Putin çinlilərə müraciət etdi

Dostluğumuz heç kimə qarşı deyil – Putin çinlilərə müraciət etdi

Rusiya Prezidenti Vladimir Putin Pekinə səfərindən əvvəl Çin vətəndaşlarına müraciət edib.

Publika.az xəbər verir ki, Putin "uzunmüddətli yaxın dostu" Çin Prezidenti Si Cinpinin dəvəti ilə yenidən Çinə səfər etməkdən məmnun olduğunu bildirib.

Rusiya liderinin çıxışı Kremlin saytında yerləşdirilib.

O qeyd edib ki, müntəzəm səfər mübadiləsi və yüksək səviyyəli Rusiya-Çin danışıqları iki ölkə arasında münasibətlərin inkişafı və potensialların açılması üçün birgə səylərin ayrılmaz hissəsidir.

Putin Çinə iki günlük səfəri zamanı siyasət, iqtisadiyyat, müdafiə, humanitar mübadilə və insanlararası əlaqələr mövzularının müzakirə olunacağını açıqlayıb.

"Ölkələrimiz ikitərəfli əməkdaşlığı dərinləşdirmək və dövlətlərimizin hərtərəfli inkişafını təşviq etmək üçün birlikdə çalışırlar", - deyə o bildirib.

Putin vurğulayıb ki, Rusiya ilə Çin arasındakı sıx əlaqələr strateji xarakter daşıyır. Onun fikrincə, belə bir tandem qlobal miqyasda sabitləşdirici rol oynayır.

“Bizim dostluğumuz heç kimə qarşı deyil, amma sülh və ümumbəşəri rifah naminə çalışırıq”, - Putin deyib.

Rusiya lideri qeyd edib ki, bu paradiqma Moskva və Pekinə beynəlxalq hüququn və BMT Nizamnaməsinin müddəalarının bütövlüyünü, əhatəliliyini və qarşılıqlı əlaqəsini müdafiə etmək üçün əlaqələndirilmiş şəkildə hərəkət etməyə imkan verir.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm