Dünya
BMT Təhlükəsizlik Şurası təcili toplanır - Tarix açıqlandı
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası iyunun 1-də Livanla bağlı fövqəladə iclas keçirəcək.
Publika.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı diplomatik mənbələrə istinadla məlumat yayıb.
İclasın keçirilməsini İsrailin Livan ərazisindəki hərbi əməliyyatları ilə əlaqədar Fransa tələb edib. Fransanın Xarici İşlər Nazirliyi İsrail Müdafiə Ordusunun (SAXAL) hərəkətlərini "ciddi səhv" adlandıraraq, bu addımların yolverilməz olduğunu bildirib. Nazir Jan-Noel Barro vurğulayıb ki, Livandakı hərbi əməliyyatların davam etdirilməsi və ölkənin içərilərinə doğru irəliləyiş üçün heç bir əsas yoxdur.
Qeyd edək ki, mayın 31-də İsrailin müdafiə naziri İsrael Kats ölkə ordusunun Livanda, Litani çayının şimalında yerləşən strateji əhəmiyyətli "Bofor" qəsrinin nəzarətini ələ keçirdiyini açıqlayıb. Bundan əvvəl Livan hakimiyyəti İsrailin Tir şəhərindəki xəstəxana yaxınlığına endirdiyi zərbənin nəticələrini nümayiş etdirmişdi.
Hüseyn İbadlı
-
Avropa08:24Daha bir azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO
-
Magazin206:16Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı


































