Trampdan Netanyahu ilə bağlı gözlənilməz etiraf: O, olmasaydı...
Bizi izləyin

Dünya

Trampdan Netanyahu ilə bağlı gözlənilməz etiraf: O, olmasaydı...

Trampdan Netanyahu ilə bağlı gözlənilməz etiraf: O, olmasaydı...

ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl sərt tənqid etdiyi İsrailin baş naziri Benyamin Netanyahu barədə bu dəfə fərqli fikirlər səsləndirib.

Publika.az xəbər verir ki, Tramp Netanyahu və İsraili ABŞ üçün “əla tərəfdaş” adlandırıb.

“İsrail əla tərəfdaş olub. Netanyahu mənim üçün çox yaxşı tərəfdaş idi. Başqaları üçün bəlkə də belə olmayıb, amma mənim üçün çox yaxşı olub”, - deyə Tramp bildirib.

ABŞ lideri İsrailin İrana qarşı əməliyyatlarda Vaşinqtonun dəstəyinə ehtiyac duyduğunu da vurğulayıb:

“Onlar bizsiz bunu edə bilməzdilər, hətta buna yaxınlaşa da bilməzdilər. İrandakı problem real, böyük və qlobal idi. Onlar İsraillə kifayətlənməyəcək, bütün Yaxın Şərqi alova bürüyəcəkdilər”.

Tramp həmçinin Livandakı vəziyyətlə ABŞ-İran danışıqlarının bir-birindən ayrılmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, bu iki məsələ tamamilə fərqlidir.

Tramp qeyd edib ki, tərəflər arasında atəşkəsin qorunması istiqamətində müəyyən razılaşmalar əldə olunub:

“Dünən razılaşdılar ki, nə onlar atəş açacaq, nə də İsrail. Hadisələrin necə inkişaf edəcəyini izləyəcəyik. Mən bu məsələləri bir-birindən ayırmaq istəyirəm”.

İranın xarici işlər naziri Abbas Əraqçi isə münaqişənin dayandırılması ilə bağlı danışıqlarda heç bir ciddi irəliləyişin əldə olunmadığını bildirib.

“Amerikalılarla əlaqələr kəsilməyib, lakin danışıqlarda nəzərəçarpacaq nəticə yoxdur”, - deyə Əraqçi vurğulayıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm