Dünya
7,8 bal gücündə zəlzələ oldu - On minlərlə insana təxliyə xəbərdarlığı
Filippin yaxınlığında, Çelebes dənizində güclü zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Məlumata görə, Bakı vaxtı ilə saat 03:38-də baş verən zəlzələnin episentri Mindanao adasındakı General Santos şəhərindən 44 kilometr cənub-qərbdə yerləşib. Episentrdəki təkanın intensivliyinə görə seysmik hadisə "fəlakət" səviyyəsində qiymətləndirilib.
ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 7,8 bal, ocağının dərinliyini isə 35 kilometr olaraq müəyyən edib.
Yerli hakimiyyət orqanları zəlzələ nəticəsində hər hansı bir xəsarət və ya mümkün tələfat barədə məlumat verməyib.
Ölkə Prezidenti Ferdinand Markos yeraltı təkanlardan sonra Mindanaonun bəzi ərazilərində dərslərin dayandırılmasını əmr edib.
Zəlzələdən sonra 1 metrə qədər sunami xəbərdarlığı verilən Yaponiyanın bir neçə bölgəsindəki sahil ərazilərində yaşayan on minlərlə sakinə ərazidən təxliyə edilmələri tövsiyə edilib.
-
Dünya02:00Monakoda terror aktı: yaralananlar var
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil29 İyun 18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB29 İyun 17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial29 İyun 16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya29 İyun 16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir












.jpg)










.jpg)






