İdman
Fiziyevdən yeni reytinq sisteminə etiraz: Zibil yığınıdır
UFC döyüşçüsü Rafael Fiziyev yenilənmiş reytinq sistemi ilə bağlı fikirlərini bildirib.
Publika.az xəbər verir ki, daha əvvəl UFC-nin müxtəlif divizionlardakı ən yaxşı döyüşçülərin siyahılarını tərtib etmək üçün yeni bir üsula keçəcəyi açıqlanmışdı. Süni intellekt döyüşçülərin reytinqindən məsul olacaq.
Media nümayəndələri tərəfindən tərtib edilən yüngül çəki reytinqində Fiziyev 11-ci yerdə qərarlaşıb. Yenilənmiş süni intellekt reytinqində Fiziyevin adı 70 kq kateqoriyasında ilk 15-liyə daxil edilməyib.
“Yeni reytinq sistemi zibil yığınıdır. Yüngül çəki divizionuna hansı mesajı göndərdim? Hansı “mesaj”dan danışırıq? Artıq hamı məni tanıyır. Hamı bilir ki, yeni çempionla iki dəfə bütün məsafəni qət etmişəm”, – Fiziyev jurnalistlərə bildirib.
Daha əvvəl Bakıda keçirilən turnirdə Fiziyev Manuel Torresi nokaut etmiş və gecənin ən yaxşı performansına görə bonus qazanmışdı.
-
Magazin106:16Daha bir serial eşqi gerçək oldu - FOTO
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...



































