Dünya
Hörmüz boğazı bu şərtlə açıq qalacaq - İranlı səfir
Hörmüz boğazı İran və Oman tərəfindən müəyyən ediləcək yeni şərtlər əsasında açıq qalacaq.
Publika.az xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazım Cəlali “İzvestiya”qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı apardığı müharibə boğaz vasitəsilə neft axınını böyük ölçüdə məhdudlaşdırıb.
“Münaqişədən əvvəl dünya neftinin təxminən beşdə biri bu boğazdan keçirdi. Son vaxtlar bir neçə tanker Fars körfəzini tərk edə bilsə də, neft və mayeləşdirilmiş təbii qazın (LNG) daşınması hələ də ciddi şəkildə məhdudlaşır. Əlbəttə, bu boğaz açıq olacaq, lakin İran və Oman hakimiyyət orqanlarının müəyyən edəcəyi yeni şərtlərlə. İran və Oman bu boğazla bağlı müəyyən xidmətlər göstərirlər. Və həmin xidmətlərə görə ödənişlər alınacaq”, - deyə Cəlali bildirib.
Səfir bu ödənişlərin detalları barədə əlavə məlumat verməyib.
Qeyd olunub ki, İranın mövqeyinə görə, daimi sülh sazişi əldə olunacağı təqdirdə, ölkə boğazdan keçən gəmilərdən rüsum tələb etmək hüququna malik olmalıdır. Bu rüsumun məbləği gəminin növündən, daşıdığı yükdən və mövcud şəraitdən asılı olaraq dəyişə bilər. Bu mövqe isə ABŞ prezidenti Donald Tramp tərəfindən qəti şəkildə rədd edilir.
Müəllif: Roza
-
Dünya02:00Monakoda terror aktı: yaralananlar var
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil29 İyun 18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB29 İyun 17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial29 İyun 16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya29 İyun 16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir












.jpg)











.jpg)






