Dünya
Şirkətlər gözləmə mövqeyindədir: Hörmüzdə daşımaların bərpası gecikir
Hörmüz boğazı ilə dəniz daşımalarının tam bərpası üçün hələ bir neçə həftə vaxt lazım olacaq.
Publika.az xəbər verir ki, bunu Yaponiyanın gəmiçilik şirkəti “Mitsui O.S.K. Lines”ın rəhbəri Jotaro Tamura “Financial Times” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, gəmi sahibləri ABŞ-İran razılaşmasının real və davamlı olduğuna əmin olmadan bu strateji marşruta qayıtmaq istəmirlər.
“Son aylardakı gərginlik səbəbindən bu qərarın tam şəkildə formalaşması ən azı bir neçə həftə, hətta bir ay çəkə bilər”, - deyə o vurğulayıb.
Qeyd edək ki, münaqişə fonunda Hörmüz boğazından keçən neft və LNG daşımalarında ciddi azalma müşahidə olunub. Bu da qlobal enerji tədarükünün təxminən beşdə birinə təsir edib.
Müəllif: Roza
-
Nida Xəbər 15:34Rasim İldırımzadə məhkəmə zalında həbs edildi
-
Dünya14:33Trampla Bricitin salamlaşması gündəm oldu: ABŞ lideri onun əlini buraxmadı - VİDEO
-
İdman14:12DÇ-2026-da ilk qolu vuran futbolçunun həyat yoldaşı - FOTOLAR
-
Rəsmi xronika13:53Prezident fərman imzaladı
-
Sosial12:47İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
-
Sosial12:22Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir
-
Nida Xəbər 11:46Hidayət Orucovun cənazəsi Bakıya gətirildi
-
Maraq dünyası10:18Türkiyədə sensasiya yaradan tapıntı: İsa Məsihin saqqalsız təsviri - FOTOLAR


































