İraqda İran müxalifət qüvvələrinin qərargahı vuruldu
Bizi izləyin

Dünya

İraqda İran müxalifət qüvvələrinin qərargahı vuruldu

İraqda İran müxalifət qüvvələrinin qərargahı vuruldu

İraqda İran Kürdüstanı Demokrat Partiyasının müxalifət dəstələrinin qərargahına pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirilib.

Publika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, hadisə İraq Kürdüstanının Kəy Səncak şəhərində baş verib.

Mənbə PUA-nın hansı tərəfə məxsus olduğunu açıqlamayıb.

May ayında İraq Kürdüstanında İrana qarşı çıxan hərbiləşdirilmiş birləşmələrin raket atəşinə tutulduğu bildirilirdi. Zərbə İraqın şimal-şərqində, Ərbil şəhəri yaxınlığındakı Ceznikan düşərgəsinə endirilib. “Al Hadath” telekanalı qeyd edib ki, raketlər İslam Respublikasının ərazisindən atılıb.

Bundan əvvəl “The Wall Street Journal” qəzeti mənbələrə istinadla yazıb ki, İsrail İrana qarşı hava kampaniyasını dəstəkləmək üçün İraq səhrasında gizli baza yaradıb və həmin bazanı aşkarlamağa yaxın olan İraq qoşunlarına hava zərbələri endirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm