Dünya
“KÖZ" işi yenidən gündəmdə: FETÖ-dən sonra yeni struktur iddiası
FETÖ istintaqları zamanı uzun illər “şahid” və “etirafçı” kimi tanınan Kəmaləddin Özdəmir (KÖZ) barədə qərar yenidən gündəmə gəlib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara 4-cü Ağır Cinayət Məhkəməsi onu ilk dəfə birbaşa “təşkilat rəhbərliyi” ittihamı ilə təqsirli bilib və 15 il həbs cəzası verib.
Daha sonra cəza “səmimi peşmanlıq” səbəbilə 3 il 1 aya endirilib. Məsələ sosial mediada geniş səs-küy doğurub. “FETÖ-dən sonra KÖZ?” başlıqlı müzakirələrdə bəzi jurnalist və siyasi şərhçilər KÖZ ətrafında yeni iddiaları gündəmə gətirib.
Jurnalist Zihni Çakır bununla bağlı paylaşımında bu quruluşun FETÖ-nün ehtiyat şəbəkəsi ola biləcəyi iddiasını irəli sürüb və müxtəlif dövlət strukturlarında “hüceyrə sistemi” ehtimalını vurğulayıb.
Həmçinin, jurnalist Metin Külünk sosial media hesabında təşkilatın arxasındakı detalların analiz edilməli olduğunu bildirib:
“Köklü şəkildə gizlənmə, olduğu mühitdə legitimlik yaratma, gizləndiyi yeri və rəqiblərini etibarsızlaşdırma metodları və messianist yanaşma anlaşılmadan bu strukturu anlamaq mümkün deyil. Bunlar araşdırılmadan düzgün qiymətləndirmə aparıla bilməz”.
Müəllif: Roza
-
Səhiyyə18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO
-
Magazin213:13Şvartsenegger 14 illik sevgilisini üzə çıxardı: Görün kimdir - FOTO
-
Region12:04Simonyanla Anelya rəsmi nikaha girdilər
-
Dünya10:30Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi
-
Rəsmi xronika10:27Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi














.jpg)





















