İlon Maskın “Grok”u hərbi əməliyyatlara cəlb edilib
Bizi izləyin

Dünya

İlon Maskın “Grok”u hərbi əməliyyatlara cəlb edilib

İlon Maskın “Grok”u hərbi əməliyyatlara cəlb edilib

Amerikalı milyarder İlon Maskın “xAİ” şirkətinə məxsus “Grok” süni intellekt modeli İrana qarşı hərbi əməliyyatlarda istifadə edilib.

Publika.az “The Independent”ə istinadən xəbər verir ki, bu iddia ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək vəzifəli rəsmisi Kemeron Stenli tərəfindən səsləndirilib.

O, məhkəməyə ifadəsində “Grok”un ABŞ-ın milli təhlükəsizlik və hərbi əməliyyatlarında aktiv rol oynadığını bildirib.

Onun sözlərinə görə, "Grok Gov Model" ABŞ hökumətinin ehtiyaclarına uyğun hazırlanıb və “Maven” süni intellekt platformasına inteqrasiya edilərək hədəflərin müəyyənləşdirilməsi, kəşfiyyat, hərbi və logistika planlaşdırılmasında istifadə olunub.

Stenli bildirib ki, ABŞ ordusu "Epik qəzəb" əməliyyatı zamanı “Maven” platformasının köməyi ilə 96 saat ərzində 2 min nöqtəni 2 mindən çox sursatla vurub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm