Tramp G7-də zarafat etdi: Burada başçı mənəm!
Bizi izləyin

Dünya

Tramp G7-də zarafat etdi: Burada başçı mənəm!

Tramp G7-də zarafat etdi: Burada başçı mənəm!

ABŞ prezidenti Donald Tramp “Böyük yeddilik” (G7) sammiti zamanı zarafatla özünü “başçı” elan edib.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, Tramp inkişaf etməkdə olan ölkələrlə keçirilən görüşə digər liderlərin əksəriyyəti zalda toplandıqdan sonra daxil olub. O, içəri girərkən zarafatla “Burada başçı mənəm” deyib.

Bildirilir ki, ABŞ-ın maliyyə naziri Skott Bessent Amerika lideri oturanda onun stulunu çəkib və kömək edib. Tramp isə ona "İstəsən, görüşdə qala bilərsən", - deyə söyləyib.

Qeyd olunur ki, liderlər Ağ Ev rəhbərini gözləyərkən, o, sosial mediada ABŞ kəşfiyyat direktorunun Senatda təsdiqini təxirə salmaq planını paylaşıb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm