Dünya
İranla razılaşmanın alternativi qlobal böhrandır - Tramp
İranla razılığın əldə edilməsi dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır və bunun alternativi qlobal miqyasda böhran ola bilər.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp G7 Zirvə görüşü çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O, İranla əldə olunması gözlənilən razılaşmanın əhəmiyyətini vurğulayaraq bildirib ki, bu prosesin uğursuzluğa düçar olması ciddi qlobal iqtisadi nəticələrə səbəb ola bilər.
Tramp vurğulayıb ki, belə bir nəticənin qarşısını almağa yönəlmiş səylərə qarşı çıxanlar “axmaq” insanlardır.
ABŞ lideri əsas dəniz ticarət marşrutlarından biri olan Hörmüz boğazı məsələsinə də toxununub. O bildirib ki, razılaşma baş tutmasa, boğazın fəaliyyəti ilə bağlı problemlər davam edə bilər.
Müəllif: Roza
-
Səhiyyə18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO
-
Magazin213:13Şvartsenegger 14 illik sevgilisini üzə çıxardı: Görün kimdir - FOTO
-
Region12:04Simonyanla Anelya rəsmi nikaha girdilər
-
Dünya10:30Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi
-
Rəsmi xronika10:27Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi














.jpg)





















