SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
Bizi izləyin

Dünya

SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu

SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqda gizli hücrələr formalaşdıraraq Körfəz ölkələrinə hücumlar təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters”ə danışan mənbələr bildirib.

İddiaya görə, hər biri təxminən 10 nəfərdən ibarət olan bir neçə qrup İraqın cənubundakı Bəsrə və Səmava ətrafından Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki hədəflərə qarşı ən azı 7 pilotsuz uçuş aparatı hücumu həyata keçirib.

Hücumların 20 aprel-17 may tarixləri arasında baş verdiyi qeyd olunub. Mənbələrin sözlərinə görə, bu qruplar İraqdakı “İslam Müqaviməti” kimi tanınan silahlı qruplaşmadan kənarda fəaliyyət göstərir və birbaşa SEPAH-a tabe şəkildə idarə olunur.

İddialara əsasən, bu yeni struktur İranın bölgədəki proksi qüvvələrinin zəifləməsi fonunda daha kiçik, gizli və daha sərt nəzarətli əməliyyat modelinə keçidini göstərir.

Onların əsas məqsədinin İranın regionda təsir gücünü qorumaq olduğu qeyd olunub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm