Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?
Bizi izləyin

Dünya

Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?

Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?

Ukrayna Braziliya prezidenti Luis İnasio Lula da Silvadan Rusiya ilə danışıqlarda vasitəçilik etməsini istəyib.

Publika.az xəbər verir ki, bu barədə UOL portalı məlumat yayıb.

Braziliya hökuməti hesab edir ki, Kiyevin Lulanı vasitəçi kimi seçməsi onun Rusiya prezidenti Vladimir Putinlə etibarlı münasibətləri ilə bağlıdır.

Portalın məlumatına görə, Ukrayna lideri Vladimir Zelenski Fransada keçirilən G7 sammitində Braziliya prezidenti ilə görüş istəyib. Söhbət zamanı o, Kiyevin mövqeyini çatdırmağa 40 dəqiqədən çox vaxt sərf edib.

Portal qeyd edir ki, Lula da Silva yaxın gələcəkdə Vladimir Putinlə danışmağı planlaşdırmır, lakin onun rusiyalı həmkarı ilə görüşü sentyabr ayında Nyu-Dehlidə keçiriləcək BRICS sammiti zamanı mümkündür.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm