İran-ABŞ danışıqları bu tarixdən bərpa olunacaq
Bizi izləyin

Dünya

İran-ABŞ danışıqları bu tarixdən bərpa olunacaq

İran-ABŞ danışıqları bu tarixdən bərpa olunacaq

ABŞ və İran arasında danışıqlar gələn həftə bərpa olunacaq.

Publika.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hüseyn Andrabi məlumat yayıb.

O, İslamabadda jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ və İran, xüsusilə Hörmüz boğazı ilə bağlı hər hansı bir insidentin və ya anlaşılmazlığın qarşısını almaq üçün birbaşa əlaqə xətti yaratmaq barədə razılığa gəliblər.

“Tərəflər vasitəçilik üçün yüksək səviyyəli siyasi monitorinq komitəsi yaratmaq, baş müzakirəçilərin bu komitəyə müntəzəm olaraq hesabat verməsi, 60 gün ərzində yekun razılığa gəlmək üçün yol xəritəsi barədə razılığa gəliblər”, - deyə Andrabi vurğulayıb.

O qeyd edib ki, danışıqların iyunun 30-da yenidən başlaması gözlənilir. Andrabi əlavə edib ki, Livan hökuməti və vasitəçilərin iştirakı ilə münaqişələrin həlli üzrə ayrıca mərkəz də yaradılacaq.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm