Dünya
Yalnız bu ölkə meyarları yerinə yetirib - Avrozonanın aqibəti necə olacaq?
Avropa Mərkəzi Bankının (ECB) son hesabatında Bolqarıstanın avroya keçidi Avropa İttifaqının genişlənmə prosesinin yeganə uğurlu nümunəsi kimi qiymətləndirilib.
Publika.az xəbər verir ki, hesabata görə, Bolqarıstan “Maastrixt” meyarlarını yerinə yetirərək avro zonasına qoşulub, bununla da vahid valyutadan istifadə edən Aİ ölkələrinin sayı 21-ə çatıb.
ECB bildirib ki, digər namizəd ölkələrin əksəriyyəti inflyasiya, büdcə kəsiri və dövlət borcu kimi əsas iqtisadi göstəricilər üzrə tələb olunan səviyyəyə çata bilməyib. Qurum bunun əsas səbəbləri kimi son illərdə artan geosiyasi riskləri, enerji böhranını və qlobal maliyyə bazarlarındakı dalğalanmaları göstərib.
Hesabatda vurğulanıb ki, avroya keçid təkcə iqtisadi meyarların yerinə yetirilməsi ilə məhdudlaşmır. Bu proses həm də siyasi sabitlik, institusional potensial və maliyyə intizamı kimi uzunmüddətli amillərdən asılıdır.
ECB hesab edir ki, Bolqarıstanın avro zonasına qoşulması mühüm addım hesab olunsa da, digər namizəd ölkələrin geridə qalması avro zonasının gələcəyi ilə bağlı qeyri-müəyyənlikləri artırır.
Müəllif: Roza
-
Sağlamlıq09:38Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq
-
Hadisə08:59Xəzər dənizində zəlzələ oldu
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu

































