Dünya
Mileyin İsraillə bağlı yeni planı: Latın Amerikasında böyük dəyişiklik başlayır
Argentina prezidenti Xavyer Miley Latın Amerikası ölkələri ilə İsrail arasında əlaqələrin gücləndirilməsinə yönəlmiş genişmiqyaslı təşəbbüslə çıxış edib.
Publika.az xəbər verir ki, bu barədə “Nuevos Publicidad” məlumat yayıb.
“İshaq Sazişləri” adlandırılan yeni təşəbbüs tarixi “Avraam Sazişləri” modelinə əsaslanır və “Genesis Prize Foundation”un dəstəyi ilə həyata keçiriləcək. Layihənin ilkin büdcəsinin 1 milyon dollar olduğu bildirilir.
Layihə çərçivəsində Latın Amerikası ölkələrinin tələbələri və dövlət nümayəndələri üçün İsrailin innovasiya mərkəzləri ilə əlaqə proqramları hazırlanacaq. Həmçinin Kosta-Rikada təcili tibbi yardım briqadalarının hazırlanması və İsraillə münasibətlərin inkişafını dəstəkləyən xristian liderlərə dəstək planlaşdırılır.
Təşəbbüs yalnız iqtisadi deyil, siyasi hədəfləri ilə də diqqət çəkir. Belə ki, tərəfdaş ölkələrin səfirliklərinin Qüdsə köçürülməsi istiqamətində iş aparılması, HƏMAS və “Hizbullah”ın region səviyyəsində terror təşkilatı kimi tanınması, eləcə də BMT-də anti-İsrail səsvermə tendensiyalarının dəyişdirilməsi məqsəd kimi göstərilib.
Qeyd olunur ki, Argentina 2023-cü il oktyabrın 7-də baş verən hadisələrdən sonra Latın Amerikasında HƏMAS-ı terror təşkilatı kimi tanıyan ilk ölkə olub.
Yeni yaradılacaq “American Friends of the Isaac Accords” (AFOIA) təşkilatının qərargahı Nyu-Yorkda yerləşəcək. İlk mərhələdə fəaliyyət Uruqvay, Panama və Kosta-Rika istiqamətində qurulacaq.
Layihənin icrasında bir sıra tanınmış İsrailyönlü təşkilatlar da iştirak edəcək.
Adəm
-
Sağlamlıq09:38Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq
-
Hadisə08:59Xəzər dənizində zəlzələ oldu
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu

































