Dünya
Makronun məşhur eynəyi yenidən gündəmdə: Gözünə nə olub?
Fransa prezidenti Emmanuel Makron son aylarda diqqət mərkəzinə düşən mavi çərçivəli “aviator” eynəklə yenidən ictimaiyyət qarşısına çıxıb.
Publika.az xəbər verir ki, Fransa lideri iyunun 29-da Parisdə Yelisey sarayında Oman əmiri Heysəm bin Tariqi qarşılayarkən həmin eynəyi taxıb. Makron daha sonra müqavilələrin imzalanması mərasimində və Fransa-Oman biznes forumunda da eynəklə görüntülənib.
Kadrlar qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və müzakirələrə səbəb olub.
BFMTV-nin məlumatına görə, Fransa prezidentinin köməkçiləri bu dəfə eynəyin günəşdən qorunmaq üçün deyil, hələ də davam edən görmə problemi ilə əlaqədar taxıldığını bildiriblər. Bununla belə, Yelisey sarayı Makronun səhhəti ilə bağlı əlavə açıqlama verməyib.
Xatırladaq ki, Makron yanvar ayında da eyni eynəklə görüntülənmişdi. Həmin vaxt o, gözündə yaranan kiçik problem səbəbindən bir müddət eynək taxacağını demişdi. Bundan əvvəl isə prezident hərbi bazaya səfəri zamanı sağ gözü qızarmış vəziyyətdə kameralara düşmüş və bunu zarafatla “pələng gözü” adlandırmışdı.
Davos İqtisadi Forumunda da Makronun mavi güzgülü eynəklə görünməsi diqqət çəkmiş, Fransa mediası bunun göz damarının zədələnməsinin izlərini gizlətmək üçün olduğunu yazmışdı.
Adəm
-
Sağlamlıq09:38Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq
-
Hadisə08:59Xəzər dənizində zəlzələ oldu
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu

































