Dünya
Paşinyanı devirmək üçün gizli planımız var - Rusiyalı oliqarx
“Ermənistan müxalifətinin Baş nazir Nikol Paşinyanı vəzifəsindən kənarlaşdırmaq üçün fəaliyyət planı var, amma hazırda Konstitusiya Məhkəməsinin seçkilərin nəticələri ilə bağlı qərarını gözləyir”.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bunu müxalif “Güclü Ermənistan” blokunun lideri, rusiyalı oliqarx Samvel Karapetyan deyib.
“Müxalifət liderlərinin bəziləri ilə görüşlər keçirmişəm, amma sizə kimlərlə görüşdüyümü deyə bilmərəm. Gizli planımız var, amma onu açıqlamayacam. Bu, Paşinyanı vəzifədən uzaqlaşdırmaqla bağlıdır”, - o, jurnalistlərə bildirib.
Karapetyan qeyd edib ki, müxalifət hakimiyyətə qarşı küçə etirazları keçirməyə hazır olsa da, hələlik Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrini ləğv etməsinə ümid edir:
“Konstitusiya Məhkəməsinin qərarına baxacağıq, sonra növbəti addımlarımızı planlaşdıracağıq. Təkliflərimizin qəbul edilməsi üçün kiçik şansımız varsa, niyə sonrakı addımları planlaşdırmamalıyıq? Konstitusiya Məhkəməsi ya seçkilərin nəticələrini ləğv edəcək, ya da ikinci tur təyin edəcək, ona görə də indidən yeni məsələləri müzakirə etmək istəmirik”.
-
Sağlamlıq09:38Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq
-
Hadisə08:59Xəzər dənizində zəlzələ oldu
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu

































