Dünya
Çexiya “Ağ aslan”ı Zelenskidən ala bilməz - Səbəb bəllidir
Çexiya Prezidenti Petr Pavelin administrasiyası “Azadlıq” və “Birbaşa Demokratiya” (SPD) partiyasının Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin ən yüksək dövlət mükafatı olan “Ağ aslan” ordenindən məhrum edilməsi təşəbbüsünü rədd edib.
Publika.az xəbər verir ki, administrasiya bildirib ki, nə konstitusiya, nə də qanun "Respublika Prezidentinə dövlət mükafatlarının ləğvi barədə qərar vermək səlahiyyəti vermir".
Bu barədə Çexiya prezidentinin mətbuat katibi “Ukrinform”a şərh verib:
"Respublika Prezidenti tərəfindən verilən və ya təqdim edilən dövlət mükafatı yalnız fəxri adlardan və mükafatlardan məhrum etmə cəzasını nəzərdə tutan məhkəmənin qanuni qərarı əsasında ləğv edilə bilər. Bu cəza yalnız Cinayət Məcəlləsində nəzərdə tutulmuş şərtlər daxilində tətbiq edilə bilər".
Zelenski "Ağ aslan" ordenini 2022-ci ilin oktyabrında Çexiya prezidenti Miloş Zemandan alıb. Zeman mükafatın əsas səbəbi kimi "Zelenskinin Amerikanın sığınacaq təklifini rədd etməsində və 2022-ci ilin fevral ayında Rusiyanın Ukraynaya müdaxiləsi başladıqdan sonra Kiyevdə qalmaq qərarı ilə bağlı" göstərmişdi.
Müəllif: Tural
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
































