Dünya
İsrail ordusundan rekord büdcə tələbi: Son sözü Netanyahu deyəcək
İsrail ordusu artan hərbi xərclər fonunda hökumətdən müdafiə büdcəsinin 38,9 milyard dollardan 49,5 milyard dollara çatdırılmasını tələb edib.
Publika.az xəbər verir ki, bu barədə İsrailin "Yedioth Ahronoth" qəzeti məlumat yayıb.
Bildirilib ki, ordu mövcud büdcə ilə fəaliyyət göstərməkdə çətinlik çəkdiyini, bu səbəbdən ehtiyat hərbçilərin sayını azaltmağa və yüksək maliyyətli hərbi əməliyyatlardan yayınmağa məcbur qaldığını bildirib.
Lakin Maliyyə Nazirliyi bu tələbi "məntiqsiz" adlandıraraq əlavə vəsaitin ayrılmasına qarşı çıxıb. Nazirlik hesab edir ki, müdafiə xərclərinin bu həcmdə artırılması mülki sahələrdə ciddi ixtisarlara və ölkənin beynəlxalq kredit reytinqinin zəifləməsinə səbəb ola bilər.
Məlumata görə, İsraildə iki nazirlik arasında yaranan büdcə böhranı ilə bağlı yekun qərarı Baş nazir Benyamin Netanyahu verəcək.
Müəllif: Roza
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
































