Dünya
Almaniyadan vətəndaşlarına Rusiya ilə bağlı çağırış: Ölkəni tərk edin
Almaniya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyaya səfərlərdən çəkinməyi, hazırda Rusiya ərazisində olan almanlara isə yüksək ehtiyat tədbirləri görərək ölkəni tərk etmə imkanını nəzərdən keçirməyi tövsiyə edib.
Publika.az xəbər verir ki, bu barədə Almaniya XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Moskva, Sankt-Peterburq, Leninqrad vilayəti və Rusiyanın digər bölgələri son vaxtlar daha tez-tez pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalır. Nazirliyin qiymətləndirməsinə görə, bu vəziyyət təhlükəsizlik risklərini artırmaqla yanaşı, hava limanlarında reyslərin kütləvi ləğvi və gecikmələrə səbəb olur.
XİN həmçinin Rusiyanın bəzi regionlarında yanacaq təchizatında fasilələr barədə məlumatlara diqqət çəkib. Almaniya vətəndaşlarına internet, VPN xidmətləri və bəzi sosial şəbəkələrin fəaliyyətində məhdudiyyətlərin yarana biləcəyi barədə xəbərdarlıq edilib. Bundan əlavə, xaricdən Rusiyaya gətirilən SIM kartların ölkəyə girişdən sonra ilk 24 saat ərzində bloklana biləcəyi qeyd olunub.
Nazirlik Rusiyada beynəlxalq ödəniş sistemlərinə aid bank kartlarının, o cümlədən "Visa" və "Mastercard"ın işləmədiyini də xatırladıb. Bu səbəbdən bankomatlardan nağd vəsait çıxarmaq, tanış ödəniş tətbiqlərindən istifadə etmək və ya xaricdən Rusiyaya pul köçürmək mümkün olmaya bilər.
Hazırda Rusiyada olan Almaniya vətəndaşlarına ölkəni tərk etmək tövsiyə olunub. Xüsusilə Ukrayna ilə həmsərhəd regionlarda - Kursk, Bryansk, Belqorod, Rostov və Voronej vilayətlərində qalmağın daha yüksək risk daşıdığı vurğulanıb.
Qeyd edək ki, Qərb ölkələrinin xarici siyasət qurumları tərəfindən Rusiya ilə bağlı bu cür tövsiyələr son illərdə mütəmadi olaraq yenilənir. Almaniya XİN-in son açıqlaması isə xarici vətəndaşların qarşılaşa biləcəyi gündəlik və infrastruktur çətinliklərinin daha detallı şəkildə sadalanması ilə diqqət çəkib.
Adəm
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa25 İyul 19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi


















.jpg)













