İdman
Azərbaycan həndbolunda böhran: Çempionat keçirilməyəcək?
Azərbaycan idmanında növbəti qalmaqal yaşanır.
Publika.az xəbər verir ki, bu dəfə Azərbaycan Həndbol Federasiyası (AHF) gündəmdədir. Qurum uzun müddətdir maliyyə böhranı yaşayır.
Xeyli vaxtdır federasiya maliyyə öhdəliklərini yerinə yetirmir. Kişi və qadınların ölkə çempionatında iştirak edən ümumilikdə 10 klubda maaşlar ödənilməyib.
Həndbolçulara mart, aprel və may aylarının məvacibləri ödənməyib.
Problemlər bununla bitmir. Yeni mövsümün startına az vaxt qalsa da, qurum heç bir addım atmır. İştirakçı klublara heç bir məlumat verilmir.
Problemlərin həlli üçün federasiyanın prezidenti Saleh Məmmədova müraciət olunub. O isə öz növbəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən ayrıldıqdan sonra AHF-ni saxlamaq iqtidarında olmadığını bildirib.
Vəziyyətlə bağlı Gənclər və İdman Nazirliyinə də müraciət edilib. Lakin dövlət qurumu məsələyə biganə münasibət bəsləyib. Maaşlarını ala bilməyən bir qrup şəxs nazir Fərid Qayıbovun qəbulunda da olub. O, köməklik edə bilməyəcəyini bildirib.
Müəllif: Tural
-
Sağlamlıq10:12İlan qanından "kokteyl” hazırlandı: Kim içsə... - MÖCÜZƏ
-
Nida Xəbər 09:51Mehriban Əliyeva paylaşım etdi - FOTO
-
Hadisə09:48Xalq artisti vəfat etdi - FOTO
-
Pul08:12Dolların ilin sonuna olan məzənnəsi AÇIQLANDI
-
İdman07:30Messi bu klubu alır
-
Magazin206:16İtmiş telefon məşhur rəqqasənin ölümünə səbəb oldu
-
Səhiyyə05:15Xərçəng xəstələrinin sayı 67% artacaq
-
Magazin204:14İrina Şeyk bağçada alt paltarında romantik pozalar verdi - FOTO

















.jpg)















.png)



