Sosial
Bu avtobuslarda gedişhaqqı bahalaşdı
Paytaxtda 39 və 77 nömrəli avtobuslarda gedişhaqqı 60 qəpiyə qaldırılıb.
Publika.az xəbər verir ki, “Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev 10 qəpiklik artımın səbəbini izah edib.
Onun sözlərinə görə, gedişhaqqı artımı ictimai nəqliyyatda xidmətin yaxşılaşdırılması və avtobus parkının yenilənməsi ilə əlaqədardır:
“Ötən il oktyabrın 1-dən marşut avtobuslarında və metroda gediş haqqı 60 qəpik olub. İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edilib və yeni tariflər təsdiqlənib.
Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil edilib”.
N.Rzayevin sözlərinə görə, əvəllər 39 və 77 nömrəli marşrutlarda köhnə dizel avtobusları işlədiyi üçün bu xətlərdə gediş haqqı 50 qəpik olaraq qalmışdı:
“Həmin vaxt qeyd etdiyiniz marşrut xətlərində sərnişinlərə xidmət göstərən 39 və 77 saylı müntəzəm marşrut xətlərində dizel mühərrikli və nisbətən köhnə buraxılışlı nəqliyyat vasitələri xidmət göstərdiyindən tariflərdə dəyişiklik edilməmiş və 50 qəpik saxlanılıb. Lakin bu aydan 77 saylı müntəzəm marşrut xəttinə CNG texnologiyalı müasir iritutumlu avtobuslar buraxılıb. Həmçinin 39 saylı xəttə yeni buraxılışlı iritutumlu avtobuslar əlavə edilib. Bu səbəbdən tarif müvafiq olaraq qeyd edilən şərtlərə uyğunlaşdırılıb”.\\yenisabah
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Region28 Avqust 22:46Türkiyədə dəhşətli meşə yanğını: Evlər boşaldılır
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 28 Avqust 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə28 Avqust 19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü
























.jpg)








.jpg)

.jpg)