Keçidən şahzadə Harriyə gözlənilməz zərbə: Görün harasına vurdu - FOTO
Bizi izləyin

Dünya

Keçidən şahzadə Harriyə gözlənilməz zərbə: Görün harasına vurdu - FOTO

Keçidən şahzadə Harriyə gözlənilməz zərbə: Görün harasına vurdu - FOTO

Böyük Britaniya şahzadəsi Harri Uorikşir qraflığında keçirilən "Scotty's Little Soldiers" xeyriyyə festivalında maraqlı hadisə yaşayıb.

Publika.az xəbər verir ki, "keçilərlə yoqa" məşqi zamanı heyvanlardan biri gözlənilmədən şahzadənin üzərinə tullanaraq qasıq nahiyəsinə dəyib.

41 yaşlı Harri hadisəni gülüşlə qarşılayıb və instinktiv olaraq əlləri ilə həmin nahiyəni qoruyub. Buna baxmayaraq, o, məşqi yarımçıq saxlamayıb və uşaqlarla ünsiyyətini davam etdirib.

Şahzadə daha sonra uşaqlarla birlikdə keçiləri yemləyib, onları sığallayıb və zarafatla: "İndi keçiləri daha çox sevirsiniz, yoxsa sizdə keçi qorxusu yarandı?" deyə soruşub.

Qeyd edək ki, festival hərbi xidmətdə valideynlərini itirmiş uşaqlara dəstək göstərən "Scotty's Little Soldiers" xeyriyyə təşkilatı tərəfindən təşkil olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm