Nida Xəbər
Hikmət Hacıyev Özbəkistan Prezidenti Administrasiyasının rəsmilərini qəbul etdi
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent İstehsalı Mərkəzinin direktoru Kobuljon Akhmedov, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdirinin birinci müavini Akramjon Fozilov, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Dilşod Saidjanov və Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent İstehsalı Mərkəzinin şöbə müdiri Tokhir Umarov ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulanıb. Bu xüsusda iki ölkənin prezidentləri arasında mövcud olan səmimi və etimada əsaslanan münasibətlərin əlaqələrin inkişafında mühüm rol oynadığı qeyd edilib.
Tərəflər informasiya və media sahələrində Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluqlarını ifadə ediblər. Bildirilib ki, hər iki ölkədə media forumlarının, eləcə də qeyri-hökumət təşkilatlarının forumlarının keçirilməsi qarşılıqlı əlaqələrin daha da genişlənməsinə töhfə verir. Həmçinin Azərbaycan və Özbəkistanın qeyri-hökumət təşkilatları üçün birgə qrant layihələrinin həyata keçirilməsi məmnunluqla vurğulanıb.
Görüşdə birgə media kontentinin hazırlanması və mübadiləsi, Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin blogerlər arasında birbaşa əlaqələrin qurulması məsələləri müzakirə edilib. Bununla yanaşı, ortaq tariximizin, mədəniyyətimizin, ənənələrimizin və mənəvi dəyərlərimizin beynəlxalq aləmdə təbliğinə xidmət edəcək birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Özbəkistan nümayəndə heyəti IV Şuşa Qlobal Media Forumunun əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin uğurlu təşkili münasibətilə təbriklərini çatdırıb. Qonaqlar Prezident İlham Əliyevin Forum çərçivəsində jurnalistlərlə birbaşa dialoq qurmasını və media nümayəndələrinin çoxsaylı suallarını açıq şəkildə cavablandırmasını xüsusi məmnunluqla qeyd ediblər. Onlar, həmçinin dövlətimizin başçısının Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına dair səsləndirdiyi mühüm mesajları yüksək dəyərləndiriblər.
-
ABŞ18:20Trampdan Hörmüz boğazı ilə bağlı açıqlama - Bunun üçün pul alacağıq
-
İqtisadi gündəm14:56Qızıla yatırım etmək istəyənlərin nəzərinə: Ən sərfəli variant açıqlandı
-
Nida Xəbər 13:53Prezidentin Mətbuat Xidməti forumla bağlı videoçarx paylaşdı
-
Rəsmi xronika12:00Belə avtomobillə heç yerə getmərəm - Prezident
-
MDB10:50Ukrayna kəşfiyyatı dronları Rusiya ərazisinə belə daşıyırmış – FSB üstünü açdı
-
Qoroskop10:13Ən kinli 5 bürc: Onlardan bağışlanmaq gözləməyin
-
Rəsmi xronika08:46İlham Əliyevin iştirakı ilə Forum canlı yayımlanacaq
-
Art08:00Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? - Bilinməyən həqiqətlər / VİDEO






.jpg)
.jpg)



_(1).jpg)







.jpg)

















