Dünya
Polşa vətəndaşlıq qaydalarını sərtləşdirir: Yeni tələblər
Polşa hökuməti vətəndaşlıq alma qaydalarını sərtləşdirməyə hazırlaşır. Dəyişikliklər ilk növbədə ölkə pasportu almaq üçün müraciət edən əcnəbilərin ən böyük qrupunu təşkil edən ukraynalılara təsir edəcək.
Publika.az xəbər verir ki, bu barədə "Rzeczpospolita" hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyi yeni qanun layihəsini hazırlayıb. Layihəyə əsasən, vətəndaşlıq almaq üçün Polşada minimum yaşayış müddətinin 8 ilə çatdırılması nəzərdə tutulur.
Bundan başqa, müraciət edənlər üçün B2 səviyyəsində polyak dili imtahanı, eləcə də ölkənin tarixi, Konstitusiyası və qanunvericiliyi üzrə test tətbiq olunacaq.
Yeni qaydalara əsasən, namizədlər həmçinin loyallıq bəyannaməsi imzalamalı olacaqlar. Bu sənəd dövlətə təhlükə yaradan şəxslərin sonradan vətəndaşlıqdan məhrum edilməsinə imkan verəcək.
Qeyd edək ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bu günlərdə hərbi xidmət yaşında olan ukraynalıların Ukraynaya qayıdaraq Silahlı Qüvvələrdə xidmət etməli olduqlarını bildirmişdi.
-
Rəsmi xronika16:41Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişdi
-
Dünya13:17İtaliya Makronun təşəbbüsünə "yox" dedi - Roma hərbçi göndərməyəcək
-
Cənubi Qafqaz12:42Köçəryan və oğlunun saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: Atmayın, 250 manata alırlar - FOTO
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır

































.jpg)

.jpg)
