Türkiyədən Rusiya və Ukraynaya çağırış: Danışıqlar masasına qayıdın
Bizi izləyin

Dünya

Türkiyədən Rusiya və Ukraynaya çağırış: Danışıqlar masasına qayıdın

Türkiyədən Rusiya və Ukraynaya çağırış: Danışıqlar masasına qayıdın

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın paytaxtı Kiyevdə həmkarı Andrey Sibiqa ilə birgə mətbuat konfransı keçirib.

Publika.az xəbər verir, Fidan Rusiya-Ukrayna müharibəsinin Qara dənizə yayılmamalı olduğunu bildirib və tərəfləri danışıqlar masasına dəvət edib.

"Müharibənin Qara dənizə yayılmasını istəmirik. Qara dənizdə sülhün qorunması vacibdir. Məqsədimiz müharibəni dayandırmaqdır. Limanları, tankerləri və balıqçı qayıqlarını hədəf almaq və mülki əhalinin həyatını təhlükəyə atmaq bəraət qazandırıla biləcək bir şey deyil", - deyə o vurğulayıb.

Fidan bölgədəki digər tərəfdaşlarla enerji sektorunda əməkdaşlığı davam etdirəcəklərini qeyd edib. O, Türkiyənin həmişə Krım tatar soydaşlarının yanında olacağını və ölkəsinin həmişə sülhün bərqərar olması üçün səy göstərəcəyini vurğulayıb.

Andrey Sibiqa isə Türkiyənin səylərini yüksək qiymətləndirdiklərini və müharibənin hazırkı vəziyyəti barədə məlumat verdiklərini qeyd edib. “Xüsusən Vladimir Zelenski ilə Vladimir Putin arasında mümkün görüşlər Türkiyədə keçirilə bilər”, - deyə o vurğulayıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm