Sosial
Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Publika.az-a verilən məlumata görə, təhlükəsizlik məqsədilə 1 avqust tarixinə qədər Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.
"Yolun təm bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 1 avqustdan Bakı-Balakən-Bakı reysləri müvəqqəti dayandırılacaq.
Bu marşrut üzrə 1-13 avqust tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam şəkildə qaytarılacaq.
Mövzu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək," - deyə qurumdan bildirilib.
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
MDB11:18Məşhur feminist öldürüldü - FOTOLAR
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"



































.jpg)
