Sosial
DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası oldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki,.şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan DOST Agentliyinin artıq Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 3 DOST filialı, 1 “Smart DOST” məntəqəsi və 2 DOST məntəqəsi fəaliyyət göstərir. Hazırda DOST xidmətləri infrastrukturunun genişləndirilməsi üçün layihə, təmir-tikinti işləri davam etdirilir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlükləri, dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan yaratdığı diqqətə çatdırılıb. DOST modelinin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyi və ötən dövrdə bir çox beynəlxalq mükafat və sertifikatla təltif edildiyi vurğulanıb. Qeyd olunub ki, bir sıra ölkələr DOST konsepsiyasına maraq göstərir (Moldova, Özbəkistan və Serbiya) və onlarla bu sahədə təcrübə mübadiləsi aparılır.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin yarımillik fəaliyyətinə dair hesabatı təqdim edib. Hesabatda vətəndaş müraciətlərinin qəbulu dinamikası, göstərilən xidmətlərin keyfiyyət göstəriciləri, xidmət prosesində tətbiq edilən innovativ rəqəmsal həllər və digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
İclasda Agentliyin fəaliyyət istiqamətləri üzrə görülən işlər, qurumun strateji hədəfləri və prioritet məsələlər müzakirə olunub.
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
MDB11:18Məşhur feminist öldürüldü - FOTOLAR
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"



































.jpg)
