Dünya
Hindistan sahillərində yük gəmisi batdı
Panama bayrağı altında üzən "MV Ocean Winner" yük gəmisi Benqal körfəzində, Hindistanın Odişa ştatının Paradip sahillərindən təxminən 240 dəniz mili aralıda batıb.
Publika.az xəbər verir ki, hadisədən sonra Hindistanın Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlayıb.
Gəmidə ümumilikdə 24 heyət üzvü olub. Onların 20-si Çin, üçü Myanma, biri isə Banqladeş vətəndaşıdır.
Rəsmi məlumata əsasən, iki nəfər xilas edilib, daha 22 heyət üzvünün axtarışları davam etdirilir.
Məlumata görə, dəmir filizi daşıyan gəmi cümə günü Odişadakı limandan Sinqapur istiqamətində yola çıxmışdı.
Gəminin batmasına səbəb olan hadisənin dəqiq səbəbləri hələlik müəyyən edilməyib.
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə22 Avqust 20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Region22 Avqust 19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin122 Avqust 18:48Faiq Ağayevə ağır itki üz verdi



































