Dünya
Ukraynanın Xəzərdə İran gəmisini vurmasına Rusiyadan reaksiya: Terrordur
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumunu terror aktı adlandırıb.
İran Xarici İşlər Nazirliyinin əvvəllər bildirdiyi kimi, Ukrayna iyulun 25-də İran ticarət gəmisinə hücum edib. Hücum nəticəsində bir dənizçi həlak olub, digəri isə yaralanıb.
Publika.az xəbər verir ki, Zaxarova “Sputnik” radiosunda bildirib:
"Bu, əsl terror hücumudur. Qlobal təcrübə baxımından, bu, çox güman ki, yenidən canlanan "dəniz piratçılığı" təcrübəsindən qaynaqlanan terror hücumudur".
İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında Ukraynanın Xəzər dənizində İran ticarət gəmisinə hücumunun cavabsız qalmayacağını bildirib.
Müəllif: Tural
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə22 Avqust 20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Region22 Avqust 19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin122 Avqust 18:48Faiq Ağayevə ağır itki üz verdi

































