Dünya
İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
İran Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hücumuna cavab olaraq Odessa limanına zərbə endirə bilər.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın "Qazeta.ru" nəşrinə hərbi ekspert Yuri Knutov danışıb.
Onun sözlərinə görə, İranın mümkün cavab zərbəsi əsasən Odessa, Nikolayev və İliçevsk liman infrastrukturunu hədəf ala bilər.
"Çox güman ki, əsas hədəf Odessa olacaq. Çünki bu şəhərin adı həm Ukrayna, həm də Avropa ictimaiyyəti üçün daha çox rezonans doğurur", - deyə ekspert bildirib.
Knutov hesab edir ki, İran rəhbərliyinin vəd etdiyi cavab zərbəsi gec-tez həyata keçiriləcək.
Bundan əvvəl "The New York Times" qəzeti yazmışdı ki, İran Ukraynanın hücumuna cavab olaraq Ukraynadakı dəniz limanlarından birinə zərbə endirmək variantını nəzərdən keçirib. Nəşrin məlumatına görə, diplomatik səylər hazırda gərginliyi azaltmağa imkan verib.
Mənbələrin iddiasına əsasən, Tehran simvolik xarakter daşıyan cavab addımı kimi Ukraynaya aşağı güclü döyüş başlığı ilə təchiz edilmiş ballistik raket buraxmağı planlaşdırırmış. Məqsəd ciddi dağıntı yaratmaq deyil, siyasi mesaj vermək olub.
Müəllif: Adəm Abbaslı
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə22 Avqust 20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Region22 Avqust 19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin122 Avqust 18:48Faiq Ağayevə ağır itki üz verdi

































