Dünya
Trampla münasibətlərdə ehtiyatlı davranışın səssiz etirafı: Netanyahu taktikanı niyə dəyişib?
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla münasibətlərinin soyuması fonunda İrandakı münaqişəyə daha ehtiyatlı yanaşma nümayiş etdirir.
Publika.az xəbər verir ki, bu barədə "Politico" rəsmilərə istinadən məlumat yayıb.
Nəşr bildirir ki, "Netanyahu hər hansı bir konkret tədbir tələb etməkdən çəkinir, əvəzində məsləhət və məlumat verir".
Nəşr qeyd edib ki, bu yanaşma Netanyahunun Trampla münasibətlərində daha çox ehtiyatlı davranmağa məcbur olduğunun səssiz etirafı hesab edilə bilər. Xüsusilə, İsrailin yüksək vəzifəli mənbəyinin məlumatına görə, Ağ Evdə Amerika lideri ilə görüş zamanı Netanyahu konkret tədbirlər görmək əvəzinə bütün mümkün ssenariləri sadalayıb.
Qəzet Ağ Ev rəsmisinin sözlərinə istinadən bildirib ki, "İsraillilər Trampın qərar verdiyini bilirlər, ona görə də nəsə tələb etdikləri kimi görünməmək üçün ehtiyatlıdırlar".
Tramp və Netanyahu 28 iyulda Ağ Evdə görüşüblər və təxminən bir saat yarım söhbət ediblər.
Müəllif: Tural
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə22 Avqust 20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Region22 Avqust 19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin122 Avqust 18:48Faiq Ağayevə ağır itki üz verdi


































