Dünya
Kipr problemi ilə bağlı razılıq əldə edildi: 5+1 formatı bərpa olunur
BMT-nin Baş katibi Antonio Quterreş Kiprə səfəri çərçivəsində Şimali Kipr Türk Respublikasının prezidenti Tufan Erhürman və Cənubi Kipr Rum Administrasiyasının lideri Nikos Xristodulidis ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Görüşlərin yekununda Quterreş Kipr probleminin həlli məqsədilə Türkiyə, Yunanıstan və Böyük Britaniyanın da iştirakı ilə 5+1 formatında danışıqların yenidən keçiriləcəyini açıqlayıb. O bildirib ki, tərəflərin və zəmanətçi ölkələrin razılığı alınıb, hazırda görüşün təşkili üçün hazırlıq işləri aparılır.
Tufan Erhürman səfəri müsbət qiymətləndirərək bildirib ki, bu görüşlər BMT çərçivəsində iki tərəfin bərabər statusunun bir daha təsdiqlənməsi baxımından əhəmiyyətlidir. O vurğulayıb ki, məqsəd sadəcə danışıqlar aparmaq deyil, real nəticə əldə etməkdir.
Nikos Xristodulidis isə genişləndirilmiş görüşün uğurlu keçməsinin vacibliyini qeyd edərək danışıqların Krans-Montanada yarımçıq qaldığı nöqtədən davam etdirilməsinə çalışacaqlarını bildirib.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli isə bəyan edib ki, Kipr məsələsində köhnə həll modelləri artıq öz aktuallığını itirib. O, problemin yalnız Kipr türk xalqının suveren bərabərliyi və bərabər beynəlxalq statusu əsasında həll oluna biləcəyini vurğulayıb.
Müəllif: Roza
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə22 Avqust 20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Region22 Avqust 19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin122 Avqust 18:48Faiq Ağayevə ağır itki üz verdi


































