Dünya
Qonşumuzda qanunsuz şans oyunlarının reklamı qadağan edilir
Türkiyədə 1 avqust 2026-cı ildən etibarən qanunsuz şans oyunlarının reklamları qadağan olunacaq.
Publika.az xəbər verir ki, bununla bağlı məlumat yayan Türkiyə Ticarət Nazirliyi "Kommersiya Reklamları və Haqsız Kommersiya Təcrübələri haqqında Əsasnamə"yə edilən dəyişikliklərin qüvvəyə minəcəyini bildirib.
Yeni qaydalara əsasən, qanunsuz şans oyunlarının reklamları ilə yanaşı, falçı, medium, astroloq və oxşar xidmətlərin reklamlarına tətbiq olunan qadağanın da əhatə dairəsi genişləndirilib.
Nazirlik bildirib ki, dəyişiklik istehlakçıların qanunsuz fəaliyyətlərə yönləndirilməsinin və aldadıcı reklamların qarşısını almaq, eyni zamanda rəqəmsal platformalarda daha təhlükəsiz və etibarlı reklam mühiti yaratmaq məqsədi daşıyır.
Qeyd edilib ki, istehlakçıları aldadan və qanunsuz kommersiya fəaliyyətlərini təşviq edən reklamlarla bağlı nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək.
Müəllif: Roza
-
Qoroskop00:00Günü ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə22 Avqust 20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Region22 Avqust 19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin122 Avqust 18:48Faiq Ağayevə ağır itki üz verdi
-
İdman22 Avqust 18:12Bakıda ilk dəfə keçiriləcək dünya çempionatı ilə bağlı SENSASİON İDDİA


































