Dünya
Mask İspaniyadakı miqrant axınına istehza etdi: Zombi apokalipsisi başlayıb?
Amerikalı milyarder İlon Mask Şimali Afrikanın Seuta muxtar şəhərində miqrantların İspaniya sərhədini kütləvi şəkildə keçməsini lağa qoyaraq, bunu zombi apokalipsisi ilə müqayisə edib.
Publika.az xəbər verir ki, Mask "X" sosial şəbəkəsində paylaşdığı postda vəziyyəti "zombi apokalipsisi"nə bənzədib.
"Vay, İspaniyada vəziyyət sadəcə dəhşətlidir!" - deyə o yazıb və paylaşımına "World War Z" ("Dünya müharibəsi Z") filmindən kadrlar əlavə edib.
İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, son sutka ərzində Mərakeşdən Seutaya təxminən 49 min miqrant qanunsuz daxil olub. Yaranmış vəziyyətlə əlaqədar İspaniya hökuməti Mülki Qvardiyaya dəstək vermək üçün eksklavda yerləşən hərbi hissələri səfərbər edib.
Bundan əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tayani Mərakeşdən yüzlərlə miqrantın Seutaya keçməsindən sonra Şengen zonasının İspaniya üçün bağlanmasına çağırış etmişdi.
Müəllif: Adəm
-
Hadisə22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Sağlamlıq19:12Saç tökülməsinin ümumi səbəbləri - Gər gün neçə tel itirilə bilər?
-
Region19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin118:48Faiq Ağayevə ağır itki üz verdi
-
İdman18:12Bakıda ilk dəfə keçiriləcək dünya çempionatı ilə bağlı SENSASİON İDDİA
-
İqtisadi gündəm17:26Bakıya 200 milyard dollarlıq investisiya yatırılıb

































