Yunanıstanın Türkiyə ilə sərhəddəki planı iflasa uğradı - Cəmi 2 nəfər...
Bizi izləyin

Dünya

Yunanıstanın Türkiyə ilə sərhəddəki planı iflasa uğradı - Cəmi 2 nəfər...

Yunanıstanın Türkiyə ilə sərhəddəki planı iflasa uğradı - Cəmi 2 nəfər...

Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən bölgələrə əhalinin köçürülməsini təşviq etmək məqsədilə başladığı pilot proqram uğursuz olub.

Publika.az xəbər verir ki, bu barədə “Ta Nea” nəşri məlumat yayıb.

Bildirilib ki, Qərbi Frakiyanı da əhatə edən proqram çərçivəsində 600 müraciət daxil olsa da, onlardan cəmi 2-si təsdiqlənib. Rəsmilər müraciətlərin 90 faizindən çoxunda natamam və ya həqiqətə uyğun olmayan məlumat aşkarlandığını bildiriblər.

Proqramda sərhəd bölgələrində əhali azalmasının qarşısını almaq məqsədilə həmin ərazilərə köçən ailələrə 10 min avroya qədər qrant verilməsi nəzərdə tutulub. Pilot mərhələnin uğursuz nəticələrindən sonra hökumət proqramın şərtlərini sadələşdirmək və əhatə dairəsini genişləşdirmək qərarına gəlib.

Məlumata görə, Yunanıstanda 2010-cu ildən bəri ölənlərin sayı doğulanların sayını üstələyir və ən ciddi demoqrafik geriləmə sərhəd bölgələrində müşahidə olunur.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm