Dünya
ABŞ-ın bu ölkədəki gizli rolu üzə çıxdı: Müharibəyə belə hazırlaşırlar
Tayvan ABŞ ilə uzun illər gizli saxlanılan hərbi əməkdaşlığın bəzi detallarını ilk dəfə açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Tayvanın müdafiə naziri Vellinqton Kunun sözlərinə görə, ABŞ adaya təkcə silah satmır, həm də döyüş təcrübəsinin bölüşdürülməsi və hərbi hazırlığın artırılması istiqamətində geniş dəstək verir.
"İctimaiyyət yalnız silah satışını görür. Əslində isə əməkdaşlıq daha çoxşaxəlidir. Hərbi mübadilələr sayəsində ABŞ-dan böyük həcmdə praktiki döyüş təcrübəsi əldə etmişik", - deyə nazir bildirib.
Bununla belə, Ku vurğulayıb ki, Tayvanın Çinlə mümkün hərbi qarşıdurma planlarında ABŞ Silahlı Qüvvələrinin birbaşa iştirakı nəzərdə tutulmur.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Hind-Sakit okean Komandanlığı isə Tayvan rəsmisinin açıqlamalarını şərh etməkdən imtina edib.
Müəllif: Adəm Abbaslı
-
Sosial12:04Bakı metrosunda böyük dəyişiklik: Ayın 15-dən...
-
Dünya11:34ABŞ-ın bu ölkədəki gizli rolu üzə çıxdı: Müharibəyə belə hazırlaşırlar
-
Nida Xəbər 10:58Bu şəxslərə gələn aydan kompensasiya ödəniləcək
-
Kriminal10:46Rusiyada gəmini talan etdi, 20 il axtardılar - Azərbaycanda gizlənibmiş
-
Dünya10:22İsrail təşvişdə: Türkiyə və Qətərin HƏMAS-la bağlı planının detalları bəlli oldu
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: Anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
























.jpg)
.jpg)





