İsrail təşvişdə: Türkiyə və Qətərin HƏMAS-la bağlı planının detalları bəlli oldu
Bizi izləyin

Dünya

İsrail təşvişdə: Türkiyə və Qətərin HƏMAS-la bağlı planının detalları bəlli oldu

İsrail təşvişdə: Türkiyə və Qətərin HƏMAS-la bağlı planının detalları bəlli oldu

İsrailin “Channel 14” televiziyasında yayımlanan proqramda Yaxın Şərq üzrə ekspert Yoni Ben Menahem Türkiyə ilə bağlı diqqətçəkən iddialar səsləndirib.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, Türkiyə və Qətər HƏMAS-la bağlı diplomatik təmasları pərdəarxasında davam etdirir və yaxın günlərdə Qahirədə görüş keçirməyi planlaşdırır.

İddia olunur ki, bu görüşdən sonra Vaşinqtona gedilərək ABŞ administrasiyasından İsrailə mümkün razılaşmanın icrası istiqamətində təzyiq göstərməsi istəniləcək.

Ben Menahem həmçinin bildirib ki, HƏMAS-ın silahlarının qeydiyyata alınması və saxlanılması üçün komitələr yaradılıb. O, hazırlıqların təxminən iki həftə ərzində başa çatacağını və bundan sonra İsrail üzərində diplomatik təzyiqin arta biləcəyini iddia edib.

İsrailli ekspert, eyni zamanda, HƏMAS-ın tam silahsızlanacağına inanmadığını vurğulayaraq, prosesin gözlənildiyi kimi irəliləməyəcəyini deyib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm